"Hollandiya və Danimarka ABŞ-ın razılığı ilə silahlanmalarında olan bütün f 16 döyüş təyyarələrini Ukraynaya veriləcəyini bildirdi və prezident Zelenski bu təyyarələri yerində incələyərək onların önündə müxtəlif fotolar çəkdirməklə Rusiyaya mesaj ünvanladı".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, ABŞ-ın istehsalçı ölkə olaraq bu istiqamətdə yaşıl işıq yandırması Ukraynaya dəstək kimi görsənsə də, reallıqda Vaşinqton Hollandiya və Danimarkaya razılıq verməklə ciddi bir satış imkanı əldə etdi:
"Bilindiyi kimi hər iki ölkə boşalan f-16 yerlərini daha muasir və bahalı olan f-35 döyüş təyyarələri ilə doldurmağı planlayır və bu fakt özü istehsalçı ölkə olan Amerika üçün milyardlarla dollar qazanc deməkdir. Bu məsələnin bir istiqaməti.
Digər bir bir istiqamət isə f-16-ların Ukrayna aviasiyana və hərbi əməliyyatların gedişatına təsirləri və üstünlükləridir.
Kopenhagen və Amsterdam tərəfindən Kiyevə verilən təyyarələr f-16-ların blok 20 versiyasıdır və bu təyyarələr 1997-ci ildə istehsalçı ölkə tərəfindən əsaslı şəkildə modernizasiya edilərək f-16 blok 20 MLU səviyyəsinə yüksəldilmişdir. Yəni bu modernizasiya prosesi böyük ölçüdə f-16 blok 50-lərlə eynilik təşkil edir. Blok 20 MLU "AN/APG 66 (V) 2 radarları ilə təchiz edilib ki, məlum radarlar düşmən təyyarələrini 80 + km dən təsbit və izləmə imkanına malikdir. Bu da kifayət qədər təsirli bir məsafədir. Bu qırıcıların Rusiya istehsalı rəqibləri Su-30 SM, SU-35, Miq-35- lərlə müqayisəsinə gəldikdə isə, ilk fərq istehsalçı ölkə fərqidir. Kağız üzərində Rusiya təyyarələri bu f-16 modelindən üstün görünsə də, bu üstünlüyü biz heç cür müharibə meydanında hiss etmədik. Rusiya təyyarələri gözləniləndən daha aşağı performans sərgiləyir və say çoxluğuna rəğmən hava üstünlüyünü qazana bilmir. F-16- lar isə rus analoqlarından daha muasir texnologiyalar istifadə edir və daha çox inkişaf etmiş hərbi sürsatlar istifadə edir və bu nüans hava müharibəsi zamanı f-16- ları rəqibləri qarşısında üstün edir. Qısacası, Ukrayna tərəfi bu təyyarələri tam şəkildə, inkişaf etmiş sürsatlar tətbiq etməklə istifadə etməyi bacarsa, Rusiya hava kosmik qüvvələri müharibə zonasında çox ciddi itkilər verəcək və Ukrayna hava məkanında istədiyi kimi döyüş uçuşları icra edə bilməyəcək".
Anar Əliyev