Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu regionun ən nüfuzlu fonduna çevrilib

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu regionun ən nüfuzlu fonduna çevrilib


Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Ölkəmizin beynəlxalq mədəni əlaqələrinin qurulmasında və inkişafında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu regionun ən nüfuzlu fonduna çevrilib, Fond tərəfindən minlərlə vətəndaşa göstərilən müxtəlifyönlü dəstəklər davam etməkdədir. Uşaqdan böyüyə hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşan, yüksək insani keyfiyyətləri ilə bizlərə örnək olan Mehriban xanımın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir.

Həyata keçirdiyi layihələr və gördüyü işlər saymaqla bitməyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci Xanımı, hər birimizin sevimlisi Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, çoxşaxəli fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm.

Jalə Əhmədova -Milli Məclisin deputatı
Xəbəri paylaş