Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İsveçrə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan İsveçrə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır


Azərbaycan İsveçrə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli Gününə həsr olunmuş tədbirdə bildirib.

“Azərbaycan İsveçrə ilə əlaqələrə böyük diqqət yetirir və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır” – nazir deyib və diqqətə çatdırıb ki, ölkələr arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edib.

O, İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etdiyini, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə İsveçrədə əhəmiyyətli dərəcədə təmsil olunduğunu xatırladıb.

Öz növbəsində, İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet Azərbaycanda olduğu 6 ay ərzində ölkəni gəzmək və Azərbaycan mədəniyyətinin bütün zənginliklərini görmək imkanı əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla İsveçrə arasında oxşar cəhətlər var - hər iki ölkə çoxmillətlidir, gözəl təbiətə malikdir və turistlər üçün cəlbedicidir.

A.Hoffet pandemiyadan sonra Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artdığını qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, iqtisadi əməkdaşlığın inkişafı üçün hələ də böyük potensial var.
Xəbəri paylaş