Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir sürücü diqqətsizliyi yol-hərəkəti qəzasına səbəb olub

Daha bir sürücü diqqətsizliyi yol-hərəkəti qəzasına səbəb olub



29 avqust saat 03:40 radələrində ADY-na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Newscenter.az xəbər verir ki, hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş