Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiqlənib

Prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiqlənib


Azərbaycanda prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, fərqlənmə nişanları prokurorluq işçilərinə hər geyim forması üçün 2 il müddətinə verilir.

Prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluqda qulluq keçmənin xüsusiyyətləri nəzərə alınmaqla, prokurorluq işçilərinə növbəti olaraq verilən xüsusi geyim formalarının əvəzinə Baş prokuror tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası verilə bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş