Azərbaycanın müasir təqvimində əlamətdar, yaddaqalan tarixi günlərin sırasında özünəməxsus yeri olan 28 may - Müstəqillik Günü, 15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələri Günü, 9 noyabr - Dövlət Bayrağı Günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Xalqımızın milli azadlıq və müstəqillik ruhunun, möhtəşəm həmrəyliyinin, Qələbə əzminin rəmzinə çevrilməklə dövlət səviyyəsində qeyd olunmaqdadır.
Bu əziz və əlamətdar günlərin sırasına yeni daxil olan Azad edilmiş ərazilər üzrə Şəhər Günlərinin təsis edilməsi isə Xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin və yenilməz iradəsinin ən şərəfli səhifəsi hesab oluna bilər.
Şəhər Günləri tamamilə fərqli və təqvimdə özünəməxsus yer tutan unikal tarixi bir hadisə kimi həkk olunmaqdadır.
Şəhər Günləri müasir tariximizin ən qürurverici səhifəsi, qan yaddaşımızın yenilənməsi, milli qürurumuzun şanlı rəmzidir.
Şəhər Günləri son 200 illi tarximizdə öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın Zəfər salnaməsidir, Ümummilli Ləyaqət Simvolumuzdur.
Ali Baş Komandan İlham Əliyevin müasir tariximizə yazdığı Zəfərin rəmzidir.
Dövlətimizin başçısı hər zaman bəyan edir ki, biz torpaqlarımızı azad etməklə, həm də milli ləyaqətimizi və qürurumuzu bərpa etdik. Ona görə də, Şəhər Günləri bizim qürur günümüz, iftixar mənbəyimiz, Xalq bayramıdır.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə avqustun 26-da Laçında ilk Şəhər Gününün təntənəli səkildə əsil milli bayram əhval-ruhiyyəsində, eləcə də respublikamızın digər bölgələrində coşğu ilə qeyd olunması bu möhtəşəm hadisənin milli ruhumuza Qələbə bayramı kimi həkk olunduğunu nümayiş etdirir.
Bu əlamətdar və fərəhli Günü bizə yaşatdığına görə, Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.
Şəhər Günü gənc nəslin, gələcək nəsillərin tariximizi dərindən öyrənmək, milli qan yaddaşımıza sahib çıxmaq, dünyada qürurlu xalq kimi mübarizliyimizi nümayiş etdirmək baxımından da xüsusi özəliyə malikdir və bundan sonrakı onilliklər ərzində xalqımız bu tarixi Günü daha möhtəşəm və yaddaqalan əhvalda qeyd edəcəkdir.
Biz qarşıdakı aylarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcərin Şəhər Günlərinin qürurverici coşğulu anlarını yaşayacağıq, bu tarixi Günü həm də insanların öz evlərinə qayıdışının ümumxalq bayramı kimi qeyd edəcəyini görəcəyik. Bundan böyük sevinc və iftixar hissi ola bilərmi?
Möhtərəm İlham Əliyevin də bildirdiyi kimi biz çox xoşbəxt Günlərimizi yaşayırıq və buna layiq Xalqıq.
Mən qəti əminəm ki, Cənab Prezident Qarabağ və Şərqi-Zəngəzur camaatına yaşatdığı bu sevincli günləri Göyçə, Qarakilsə, Zəngəzur və digər tarixi torpaqlarımızın sakinlərinə də yaşadacaq.
İnanıram ki, biz Zəngəzur Günü, Göyçə Günü kimi əlamətdar tarixləri də qeyd edəcəyik, Şuşada, Laçında keçirilən toy-bayram bizim bu qədim yurdlarımızda da yaşanacaq.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki