Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis tərəfindən qəbul edilmiş qanunlarda qadın hüquqları mükəmməl şəkildə əks olunub-DEPUTAT

Milli Məclis tərəfindən qəbul edilmiş qanunlarda qadın hüquqları mükəmməl şəkildə əks olunub-DEPUTAT


Bu günlərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sosial-iqtisadi həyatda qadın hüquqları” mövzusunda baş tutan tədbirdə xüsusi qonaq qismində mən də iştirak etdim. Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi, “Magen David Group” İnsan Hüquqları Mərkəzi, “Magen David Legal” Hüquq şirkəti, “Magen David İnternational Center for Women” şirkəti və “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən reallaşdırılan tədbirdə deputat həmkarlarım Anatoliy Rafailov və İlham Məmmədov, vəkillər, sahibkar qadınlar, şəhid xanımları, yəhudi xanımlar, tələbələr, mentorlar, təlimçilər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, “Magen David Group”un fəxri sədri Anatoliy Rafailov açıq elan edərək sözügedən tədbirin vacibliyini vurğuladı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilməsinin bir nümunə olduğunu, Azərbaycan qadınlarının bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışaraq ictimai-siyasi, iqtisadi, mədəni həyatda fəal iştirakını qeyd etdi.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə mən də çıxış etdim. 50-yə yaxın qadının iştirak etdiyi tədbirin qadınlara verilən dəyərin bariz göstərici olduğunu vurğuladım. Bildirdim ki, tarix boyunca Azərbaycanda qadınlarımıza hörmət və ehtiram, ailə dəyərləri yüksək səviyyədə qorunaraq nəsildən-nəsillərə ötürülüb.

Bu gün xeyirxah, nəcib əməlləri ilə milyonların qəlbini fəth edən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın timsalında müasir Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və dövlət xadimi obrazı formalaşıb. Mehriban xanımın qadınlara göstərdiyi dəstək, bu istiqamətdə gördüyü işlər, reallaşdırılan layihələr xüsusi vurğulanmalıdır. Çıxışımda qanunverici orqanı təmsil edən şəxs və hüquqşünas olaraq onu da qeyd etdim ki, Milli Məclis tərəfindən qəbul edilmiş qanunlarda qadın hüquqları mükəmməl şəkildə əks olunub. Qadın hüquqlarının Ailə, Mülki, İnzibati Xətalar və s. digər məcəllələrdə təsbit olunması, eləcə də qadın hüquqlarını əhatə edən bir sıra dövlət proqramlarının qəbul edilməsi, ölkənin bütün sferalarında qadınların rolunun artırılmasından xəbər verir. Bununla yanaşı, bölgələrdə yaşayan qadınlarla meqapolis qadını arasında kommunikasiyanın artırılmasının vacibliyini, bölgələrdəki qadınların diqqət və qayğıya, dəstəyə daha çox ehtiyac duyduqlarını bildirdim.

Tədbir Milli Məclisin deputatı, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov, “Magen David Group”un Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi,“Magen David Legal” Hüquq Şirkətinin təsisçi-direktoru, hüquq müdafiəçisi David Seliverstov və digər iştirakçıların çıxışları ilə davam etdi.
Maaarifləndirmə və qadınların təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə təşkil edilən tədbirin sonunda iştirakçılara sertifikatlar və “ Bella “ şirkəti tərəfindən hədiyyələr təqdim edildi.

Yüksək səviyyədə təşkil edilmiş tədbirin gerçəkləşməsində əməyi keçən hər kəsə, xüsusi olaraq Anatoliy Rafailov və David Seliverstova dərin minnətdarlığımı bildirirəm.

Jalə Əhmədova -Milli Məclisin deputatı
Xəbəri paylaş