Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisin meri burnunu Qafqaza, Azərbaycana soxmaq eşqinə düşüb

Parisin meri burnunu Qafqaza, Azərbaycana soxmaq eşqinə düşüb


"Beynəlxalq hüquqda dövlətin böyüyü-kiçiyi olmur, onun toxunulmaz hüquqları olur. Parisin meri burnunu Qafqaza, Azərbaycana soxmaq eşqinə düşüb. O bunun Makronun burnudur. Ona anlatmaq lazımdir ki, o burunu Azərbaycanda ovarlar. Burnunu saxtakar erməni separatçilarını himayə adı ilə Azərbaycana soxmasın. Birdəfəlik anlatmalıyıq ki, sənin burada yerin yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib. O bildirib ki, Azərbaycan hücum mövqeyini möhkəmlətməli, separatçilara, onları himayə edən fransa, rusiya kimi dövlətlərə yerlərini qətiyyətlə göstərməlidir:

"Azərbaycan dünyanı inandırmalıdir ki, etnik kimliyindən asılı olmayaraq öz vətəndaşlarının sahibidir və heç kimin "humanitar" adı ilə siyasi hədəfli yardımına ehtiyacı yoxdur. Mənim dövlətimi, konstitusiyamı saya salmayanların isə bu vətəndə yaşamaq haqqı yoxdur. Turk-Azərbaycan çörəyini yemək istəməyən, bayrağımı tapdalayan rədd olub hansı cəhənnəmə -istər Ermənistana, istərsə də Fransaya gedə bilərlər".

Zəlimxan Məmmədli deyib ki, Laçın yolu erməni separatçılarını qudurtmaq üçün çalışmayacaq, birmənalı bağlanmışdır:

"Vizası olan, dövlətimi sayan hər kəs Beynəlxalq hüquqa və Azərbaycan qanunlarına müvafiq olaraq ölkəmizə daxil ola və çıxa bilər. Əlahiddə etnik erməni separatçısı üçün əlahiddə yol olmayacaqdır".

Anar Əliyev
Xəbəri paylaş