
2023-cü il avqustun 31-də "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinli və birliyin nümayəndələri Vətən müharibəsi şəhidlərinin valideynləri və qazilərlə bir araya gəlmişlər.
Newscenter.az xəbər verir ki, səmimi görüş süfrə ətrafında davam etmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Görüş zamanı Vətənə mərd oğullar bəxş etmiş şəhid valideynlərinə dərin hörmət və minnətdarlıq ifadə olunmuş, onların övladlarının göstərdiyi şücaət və qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulanmışdır. Qazilərimizin Vətən qarşısındakı xidmətləri və tarixi Zəfərin qazanılmasında göstərdikləri igidlik yüksək qiymətləndirilmişdir.














































