Argentinada "Quş qripi" ciddi fəsadlara yol açıb.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, virus səbəbindən çoxlu sayda dəniz su itisi tələf olub. Virusun insanlara yoluxma ehtimalı da artıb.
Dənz su itilərinin kütləvi şəkildə tələf olması hallarına Argentinanın Atlantik okeanı sahillərində, eləcə də Buenos Ayresdən Santa Krusa qədər sahil boyu rast gəlinib.
Rəsmiləri ölkənin 5000 km-lik sahil xətti boyunca quş qripi hallarının aşkar edildiyi ehtimalını nəzərə alaraq əhaliyə çimərliklərə getməmək barədə xəbərdarlıq edib.
Mehman Mehdiyev