Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Agnetlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

R.Mehdiyeva
Xəbəri paylaş