"Fransanın atdığı addımlar beynəlxalq hüquqa ziddir və imzalanmış konvensiyalara cavab vermir. Bu ölkənin humanitar yardım adıyla Azərbaycanın suveren ərazilərinə və hüquqlarına təzyiqlər göstərməsi, Azərbaycanı qorxuda bilmədi və bu "humanist addım" şou nağılı da burda bitməyə məcburdur”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bura Azərbaycandır və Fransa sanmasın ki, faktiki olaraq dəstək verdiyi ölkənin 44-gün ərzində bütün hərbi mövqelərini yerlə bir etmiş Azərbaycan fransızların talan etdiyi və insanlıq dramı yaşatdığı Afrika ölkələrindən biridir:
“Artıq oralardan da qovulmaqda olan Fransa, faktiki olaraq Azərbaycan prezidentinin və Türkiyənin gücundən xəbərsiz olmamalıdır. Bu baxımdan Fransanın bundan artıq etməyə heç bir imkanı çatmaz və əks təqdirdə o məhz separatçı ermənilərdən dolayı ölkəsinin maraqlarını çox böyük problemlər qarşısında sınağa çəkmiş olar”.
Anar Əliyev