Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir


"Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əki İbrahimov səsləndirib. O bildirib ki, gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir:

"Bundan başqa Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir”.

Mehman Mehdiyev
Xəbəri paylaş