Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan və Paris sülh prosesini təhlükə altına atan pozucu addımlara son qoymalıdır

İrəvan və Paris sülh prosesini təhlükə altına atan pozucu addımlara son qoymalıdır


"Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Xankəndidəki separatçılarla birlikdə "aclıq”, "humanitar böhran", “blokada” oyunlarını davam etdirir. Rəsmi Bakının Qarabağda yaşayan erməni vətəndaşlarımız üçün humanitar yük göndərməsinə baxmayaraq, separatçılar hələ də buna qarşı çıxmağa çalışırlar. Bu, heç şübhəsiz ki, açıq şəkildə təxribatdır. Lakin separatçıların havadarları bu təxribatı daha da qızışdırmaqla Azərbaycanın reinteqrasiya təşəbbüslərini süni surətdə əngəlləməyə çalışırlar. Bu qüvvələrin başında isə ilk növbədə rüsvayçı tarixi ilə, müstəmləkəçi keçmişi ilə tanınan Fransa dayanır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, bu ölkə Azərbaycanın beynəlxalq imicinə mümkün qədər zərbə vurmaq və ölkəmizə qarşı təzyiqləri artırmaq üçün hər cür vasitələrə əl atır:

"Fransa prezidenti Emmanuel Makronun və bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın anti-Azərbaycan xarakterli bəyanatları Azərbaycanı pis göstərməyə hesablanmış əməllərdir. Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatların səsləndirilməsi də bir tərəfdən ölkəmizin mənfi imicinin formalaşdırılması kimi mənfur niyyətlərə xidmət edirsə, digər tərəfdən isə Fransanın rəhbər şəxslərinin və siyasi elitasının bu addımları Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir".

Komitə sədri qeyd edib ki, Fransa tərəfi açıq surətdə ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd mövqeyindən çıxış edir:

"Makron məqsədyönlü şəkildə Ermənistanın yalan və manipulyasiya kampaniyasına dəstək verir və normallaşma prosesini sabotaj edir. Onun məqsədi Ermənistanı revanşizmə həvəsləndirmək, hərbi toqquşmanın başlanmasına nail olmaq və nəticədə sülh prosesini əngəlləməkdir. Ermənistanın bu gün Kəlbəcərdə törətdiyi növbəti silahlı təxribatı da məhz bu məqsədə xidmət edir. Lakin bu təxribat da Ermənistan və Fransanın əvvəlki təxribatları və oyunları kimi iflasa uğrayacaq.

İrəvan və Paris sülh prosesini təhlükə altına atan pozucu addımlara, təxribatlara təcili son qoymalıdırlar. Xüsusən də Makron Cənubi Qafqazı qan çanağına döndərmək niyyətindən əl çəkməlidir. Fransa dövləti və fransız xalqı tarixi məsuliyyətini dərk etməlidir. İndi nə Səlib yürüşləri dövrü, nədəki Əlcəzair faciəsinə səbəb olan müstəmləkəçilik zamanı deyil".

Anar Əliyev
Xəbəri paylaş