“Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi:
"Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan qeyd edirdi. Bu, sadə sözlər deyildi, bu, düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir. Ali Baş Komandan Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə nikbinliklə inam qaytarırdı”.
Mehman Mehdiyev