Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Fransanı Qafqazdakı proseslərə qoşmaq istəyir

Rusiya Fransanı Qafqazdakı proseslərə qoşmaq istəyir


"Hər zaman olduğu kimi, indi də o qənaətdəyəm ki, hazırda Qarabağda baş verənlərin arxasında Rusiya dayanır və bu problemin başından, yəni əvvəllindən müəllifi də elə Rusiyadır. Bu belə də davam edir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, son vaxtlar Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində bir susqunluq hökm sürür və bu susqunluq yerini təxribatlara, siyasi oyunbazlığa verib:

"Ermənistan və separatçı rejim Laçın sərhəd keçid məntəqəsinin açılması istiqamətində Azərbaycana qarşı "Azərbaycan bizi blokadada saxlayır, biz açıq, qida qıtlığı var" və sairə təhdidləri həyata keçirdilər və bu təhdidləri BMT-yə qədər apardılar. Bütün bunlar heç biri fayda vermədikdə, proseslərə Fransanı da qoşdular. Qeyd etdiyim bütün proseslər Rusiyanın planlarıdır və iki ölkə arasında sülh danışıqlarının Vaşinqton və Brüssel platformalarında davam etməsinin qarşısını almağa hesablanıb. Ümumiyyətlə, sülh danışıqları prosesinə və yekun sülh müqaviləsinin bağlanmasına, konkret olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Rusiyanın Cənubi Qafqaz üzrə həyata keçirdiyi siyasətin tam əksidir və bölgədə baş verənləri iki ölkə arasında münasibətlərin pozulması istiqamətində Rusiyanın yürütdüyü siyasətin nəticəsi olaraq görmək lazımdır".

Çingiz Şahbazi qeyd edib ki, Fransanın proseslərə qoşulması Rusiyanın razılığı ilə baş verib və Rusiya Ukrayna müharibəsindən dolayı Qarabağda prosesləri, yəni münaqişənin davam etməsinə nəzarət etmək məqsədilə Fransanın da bu istiqamətdə proseslərə qoşulmasına razılıq verib.

Anar Əliyev
Xəbəri paylaş