Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 2 nəfər həlak olub, 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Giresun-Hatay istiqamətində hərəkət edən Ali Osman Ulusoy şirkətinə məxsus sərnişin avtobusu Adana-Pozantı avtomobil yolunda yük maşınına çırpılıb. Qəzada avtobus sürücüsü Erden və köməkçisi Müslüm Berçin hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı yaralanan 12 sərnişin yaxınlıqdakı xəstəxanalara aparılıb.
Mehman Mehdiyev