"Urmiyə gölünün quruması nəticəsində Güneydə ətraf mühit böyük ölçüdə ziyan görür və bu da bölgədə yaşayan bütün canlıların həyatını birbaşa təhlükəyə atır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, azərbaycanlıların yaşadığı bölgədə 30 il müxtəlif şəkildə xəbərdarlıqlara laqeyd yanaşmaq, eyni zamanda daha da pisləşdirici layihələri həyata keçirmək, İranda dövlət səviyyəsində olan çevrə irqçiliyinin nümunəsidir:
"Son prezident İbrahim Rəisi də yenə vədlərlə çıxış edib, lakin vəziyyətin daha da pisləşdiyi müşahidə olunur. Hazırda Urmiyə gölü çox acınacaqlı vəziyyətdədir".
Anar Əliyev