"Qarabağda Rusiyanın göndərdiyi R. Vardanyan qaldıqca, Azərbaycanın reinteqrasiya siyasətinə mane olacaq və təxribatçı dəstələri vasitəsilə bunu davam etdirəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, digər tərəfdən Qarabağda 10 min silahlı erməni birləşmələri və onların ağır texnikası da qalmaqdadır ki, bunlardan da mümkün təxribatlar üçün istifadə edilə bilər:
"Azərbaycan siyasi və yumşaq güc yolu ilə Qarabağda reinteqrasiya prosesini aparmağa çalışır. Amma, silahlı erməni birləşmələrinin ləğvi və R. Vardanyanın Qarabağdan çıxarılması üçün Bakı mütləq sərt gücdən istifadə etməlidir. Qeyd edim ki, Azərbaycanın Xankəndinə göndərdiyi humanitar yükün qarşısını alan Rusiyadır. Moskva məhz R Vardanyan vasitəsilə prosesi idarə edir".
Politoloq deyib ki, Qarabağda separatçıların çıxış yolu yoxdur:
"Beynəlxalq birlik də Azərbaycan qanunlarının Xankəndində bərpa edilməsinə dəstək verir".
Anar Əliyev