Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır yol qəzası, ölənlər var

Türkiyədə ağır yol qəzası, ölənlər var


Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda idarəetmədən çıxan yük avtomobili (TIR) qarşı tərəfə keçərək sərnişin avtobusu ilə toqquşub.

Newscenter.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 06:00) baş verən hadisədə 6 nəfər ölüb, 43 nəfər yaralanıb.

Qeyd olunub ki, zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Mehman Mehdiyev
Xəbəri paylaş