"Köhnə komanda Naxçıvanda at oynadır. Dövlət başçımızın Muxtar Respublikada islahat kursunu həvalə etdiyi yeni rəhbərliyə kömək məqsədilə baş verən korrupsiya, qanunsuzluq və saxtalaşdırma faktına biganə qalmayacağam. Müzəffər Ali Baş Komandanımız ən böyük arxamız, dəstəyimizdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc səsləndirib. O bildirib ki, tender mafiyası və mənimsənilən milyonlar barədə hüquq-mühafizə orqanları təcili tədbirlər görməlidir:
"Əlbir olan məmurlar və dələduz şirkət rəhbərləri cəzalandırılmalıdır. Ölkə Prezidenti Cənab İlham Əliyevin korrupsiyaya, rüşvətxorluğa və məmur özbaşınalığına qarşı mübarizəsinə öz töhfəmizi verməkdə qərarlıyıq. Qarşıda çox güclü tender mafiyası var. Dostlarım ehtiyatlı olmağı tövsiyyə edir. Buna rəğmən bəyan edirəm ki, haqq mübarizəmizdə geri addım atmayacağıq. Cənab Prezidentimizə bu mübarizədə arxalanır və inanırıq ki, məhz onun tərəfindən elan olunan, rəhbərlik etdiyi mübarizə mütləq qələbə ilə başa çatacaq".
Anar Əliyev