Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edib.
Newscenter.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında məlumat verib.
"Bu gün Çində növbəti, Pekin şəhərində isə ilk Azərbaycan Ticarət Evinin açılışı olub. Ticarət Evinin fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına töhfələr verəcək", - nazir bildirib.
Sona