Türkiyənin Qara dəniz bölgəsində güclü yağış yağıb, evlər və iş yerlərini su basıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunub ki, güclü yağışlar nəticəsində ev və iş yerlərini su basıb, bir sıra şəhərlərin sakinləri çətin vəziyyətdə qalıb, avtobus və tramvayların hərəkəti dayandırılıb.
Samsun şəhərinin küçələrinin birində yağan leysandan sonra yol çöküb, avtomobillər çökən əraziyə düşüb. Eyni zamanda şəhərin Atatürk Bulvarı su altında qalıb.
Giresun şəhərində axşam saatlarından başlayan güclü yağış gecə saatlarında leysana çevrilib. Nəticədə şəhərin mərkəzini, Qara dəniz Sahil yolunun limanını, Keşap dayanacağını, bəzi iş yerləri və birinci mərtəbədəki evləri su basıb.