Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib

Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib


3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Newscenter.az-a Azərbaycan Dəmir Yollarından bildirilib ki, infrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş