Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə Hindistana gedir

Allahşükür Paşazadə Hindistana gedir


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Hindistanda keçiriləcək G20 Dinlərarası Forumda iştirak etmək üçün səfərə yola düşür.

Newscenter.az xəbər verir ki, 5-7 sentyabr tarixlərində Puna şəhərində baş tutacaq Forumun mövzusu "Dinlərarası harmoniya vasitəsilə dünyada sülhün bərqərarı və davamlı inkişaf"dır.

G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Bolonya və Balidə keçirilən tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam A.Paşazadə Hindistandakı növbəti tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.

Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş