Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir töhfə verməyiblər

Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir töhfə verməyiblər


"Azərbaycan hakimiyyəti xalqın iradəsinə, ordunun rəşadətinə və həmrəyliyə arxalanaraq 2020-ci ildə haqq savaşı apardı və qalib gəldi. Uzaqgörən və düşünülmüş siyasət öz sözünü dedi. 30 illik işğal sona çatdı. Biz üzdə Azərbaycan - Ermənistan münaqişəsinin həll olunmasına çalışdığını göstərən, əməldə isə əksini edən, hətta münaqişənin daha da gərginləşməsinə çalışan bir çox beynəlxalq təşkilatlara tarixi dərs verdik. Onlara ehtiyacımız olmadığını, Azərbaycan xalqının öz müqəddəratını müəyyən etməyə qadir olduğunu sübut etdik2.

Bu fikirləri Newscenter.az-a ictimai-siyasu fəal Anar Salehoğlu səsləndirib. Onun sözlərinə görə, hələ illər öncə dahi şəxsiyyət, əvəzolunmaz rəhbər Heydər Əliyev özünəməxsus ritorika ilə Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan ancaq heç bir iş görməyən, öz təklif və bəyanatları ilə beynəlxalq hüququ ciddi şəkildə pozan, Azərbaycanın milli maraqlarını tapdalamağa çalışan ATƏT-in minsk qrupunun fəaliyyətinə tarixi qiymət vermişdir:

"Mən dünən fikirləşdim ki, Dağlıq Qarabağ Ermənistan - Azərbaycan konfliktinin artıq 13 yaşı var. ATƏT-in minsk qrupunun 9 yaşı var. Amma görün neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Biraz da əgər ləngisək ATƏT-in minsk qrupu böyük bir oğlan olacaq, onu gərək evləndirək. Yaxud ola bilər qız olsun, onu ərə verərik. Bu daha tez ola bilər. Ona görə biz düşünməliyik nə qədər bu yaşlar artacaqdır".

Anar Salehoğlu deyib ki, bu qiymət münaqişə həll olunan günə qədər adıçəkilən qurumun üzərində qara ləkə kimi qalmışdır:

"Proseslərin sonunda isə ATƏT-in minsk qrupu və onun həmsədrləri bu ləkəyə tam layiq olduqlarını təsdiq etdilər. Münaqişə dövründə minsk qrupunun həmsədrlərindən biri olan Fransa erməniləri müdafiə etmiş, haqq və ədalət prinsiplərindən çıxış etməmiş və erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə xeyli sayda qərarlar qəbul etmişdir. Təbii ki, Azərbaycan bunların heç birinə əhəmiyyət verməyib. Xalqımız və dövlətimiz milli maraqlarımızı daim müdafiə edib. Heç bir dövlət və beynəlxalq təşkilat bizə nəyisə diqtə etdirə bilməz. Ermənistandan fərqli olaraq Azərbaycan kimlərsə tərəfindən yaradılmış qondarma dövlət deyil. Ölkəmizin qədim tarixi və dövlətçilik ənənələri var. Bütün dünya bunu bilir, qəbul edir.

Prezident İlham Əliyev YAP-ın 30 illik yubileyində ulu öndərin irsinə sadiq qalaraq Fransa ilə Ermənistan arasındakı münasibətləri qiymətləndirərkən onlara elə bir tarixi dərs verdi ki, bunun qarşısında adıçəkilən tərəflər aciz qalaraq heç bir cavab verə bilmədilər. Ölkə rəhbərinin Fransa və Ermənistan haqqında (onlar bir-birinə bacı deyirlər, qardaş da deyə bilərlər amma nədənsə demirlər) ictimaiyyətə bölüşdüyü fikirlər bütün dünyanı silkələdi".

Anar Əliyev
Xəbəri paylaş