"Biz “Taxıl sazişi”nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik".
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra deyib.
Türkiyə lideri qeyd edib ki, Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edir.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən sonra ölkəsi Afrikanın 6 dövlətinə pulsuz taxıl tədarük etməyə başlayacaq.
"Biz 6 Afrika dövləti ilə müqaviləni başa çatdırmaq üzrəyik, burada pulsuz ərzaq tədarükü, hətta pulsuz logistika həyata keçirmək niyyətindəyik. Danışıqlar demək olar ki, yekunlaşmaq üzrədir, çatdırılma yaxın bir neçə həftə ərzində başlayacaq", - Rusiya Prezidenti əlavə edib.