“Ermənistan bir müddətdir ki, Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Son aylarda Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq atəşə məruz qalması, şərti sərhəd boyunca törədilən təxribatlar bunun əyani sübutudur”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimia birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, ötən həftə sonu erməni baş nazir Nikol Paşinyanın açıqlaması da İrəvanın Azərbaycanla müharibə edəcəyini təsdiqləyir:
“İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan Fransanın təhriki, Rusiya, İran və Hindistanın hərbi dəstəyi ilə yenidən müharibəyə hazırlaşır. Ermənistanın müharibə hazırlıqlarına, şərti sərhəd boyunca ərazilərə hərbi texnika, canlı qüvvə yerləşdirməsinə, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin təchizatını gücləndirmək üçün ora hər gün hərbi maşınlarla texnika daşınmasına Rusiyanın göz yumması, hətta daşımaların bu ölkənin Qarabağdakı müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti vasitəsilə həyata keçirilməsi onu deməyə əsas verir ki, İrəvanın müharibə hazırlıqlarına Moskva da dəstək verir və Kreml indiki halda Qafqazda sülh və sabitliyin əldə edilməsində maraqlı deyil”.
Anar Əliyev