Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Göygöldə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb


Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Newscenter.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş