Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskvanın oynadığı ikibaşlı oyunlar

Moskvanın oynadığı ikibaşlı oyunlar


"Heç bir beynəlxalq hüquq və təşkilat, Qarabağın hüquqi sahibi olan Azərbaycanı, öz suveren ərazisi olan Qarabağdan və ona nəzarətdən kənarda saxlamaq gücünə malik deyil. Bu birmənalı olaraq ölkəmizin yürütdüyü siyasətin tərkibində əsas məqsəddir və ən həssas nöqtəmizdir. Artıq bunu dünyanın bütün mötəbər beynəlxalq təşkilatları başa düşür və məhz bu istiqamətdə problem öz ədalətli həllini tapmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, real vəziyyət isə, ermənilərin şər böhtan xarakterli şaiələri fonunda, əsassız da olsa ölkəmizə qarşı yenidən təzyiq üsullarına meyilliliyi artırmaqdan ibarətdir:

"Sözsüz ki, belə bir vəziyyətlərdən, öz istəklərinə, geosiyasi maraqlarına uyğun olaraq istifadə edən tək və şəriksiz ölkə olan Rusiya, məhz bu vəziyyətin muəllifi kimi bilinməlidir. Qarabağda etnik ermənilər üzərindən və bütün saxta arqumentlər əsasında həyata keçirilən tədbirlər və konkret olaraq ölkəmizə qarşı atılan bütün çirkin addımların arxasında Moskvanın oynadığı ikibaşlı, üçbaşlı oyunlar dayanır. Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımların qəbul edilməməsinin əmrinin məhz Moskvadan verilməsinə şübhə yoxdur".

Anar Əliyev
Xəbəri paylaş