Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Dünya Azərbaycanlılarının qurultaylarındakı çıxışları Diapora Komitəsinin saytından silinib?

Prezidentin Dünya Azərbaycanlılarının qurultaylarındakı çıxışları Diapora Komitəsinin saytından silinib?


Artıq 5 ildir ki, Diaspora Komitəsinə cənab Fuad Muradov rəhbərlik edir. İlk müddət ərzində Fuad müəllimə ümidlərimiz böyük idi. Düşünürdük ki, gəncdir, yenidir, diaspora hərəkatımıza öz yenilikləri ilə tövhə verəcəkdir. Keçən 5 il ərzində xaricdəki təşkilatlarımızın fəaliyyətində nəinki dəyişiklik oldu, hətta diasporamız ağır zərbələr aldı. Cənab Muradov diaspora.gov.az saytında etdiyi kimi 2019-cu ilə qədər bütün diaspora tariximizi silərək özünün yeni diaspora tarixini yaratdı. Beləliklə, o keçmiş illərdə Cənab Prezidentin qurultaylarda çıxışlarını, dünya azərbaycanlıları ilə birlikdə iştirak etdiyi tədbirləri, xaricdə diasporamızın min əziyyətlə həyata keçirdiyi layihələri silərək Azərbaycan diaspora tarixinə xəyanət etdi. Bu azmış kimi beynəlxalq sferada mövcud olan müəyyən təcrübə toplamış Birliklər, Konqreslər, Assambleya və Assosiasiyalarla əməkdaşlığı dayandıraraq birmənalı şəkildə onların fəaliyyətlərinə mane olmaq üçün özünün ideyasından irəli gələn sözdə Koordinasiya Şuraları, Azərbaycan Evləri yaratmış, bəzi təşkilat rəhbərlərini əlində olan dövləti imkanları əsas tutaraq hədələmiş son nəticədə isə onlarin fəaliyyətlərinin de-fakto dayandırılmasına səbəb olmuşdur. Cənab Fuad Muradovun yaratdığı bu təşkilatlar səfirliklərlə fəaliyyətlərini koordinasiya edə bilməmiş, nəticədə dövlətlə təşkilatlar arasında çatın yaranmasına səbəb olmuşdur.

Əziz dostlar,

Fuad Muradovu bu vəzifəyə cənab İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. Onu təyin və azad etmək hüququ da cənab Ali Baş Komandana məxsusudur. Ancaq biz sözümüzü deməli , tənqidlərimizi etməliyik çünki O, dövlət rəhbərinin ona etimadından sui istifadə edərək, diaspora üçün deyil şəxsi mənafeyi üçün işləmiş, 5 il ərzində 40 milyona yaxın vəsaiti tarimar edərək özünün biznes imkanlarına yönəltmişdir. Artıq Fuad Muradovun diasporada yaratdığı bu yaralar, şişərək irin verməyə başlamışdır. Nə etməli özümüz deyib, özümüz eşitmək siyasətindən imtina etməli , təşkilatlanmalı bir araya gəlməliyik. Diaspora hərəkatının qanqrena verib tamamilə məhv olmaması üçün hamılıqla birləşməli, vahid çətir altında güc birliyinə çevrilməli, birlikdə sözümüzü deməliyik. Əgər güc birlikdə olarsa sözümüz həm ölkə rəhbərliyində eşidiləcək, həm də küstürülmüş, incidilmiş dəyərli vətənpərvətlərimiz yenidən diaspora fəaliyyətinə geri dönəcəkdir.

Cənab Fuad Muradovun yalnışlıqları, buraxdığı səhv və xəyanətlərindən çox danışmaq olar. Bu xilas yolu deyil. Məhz buna görə mən bütün gücləri səfərbərliyə vahid platforma altında birləşməyə, yenidən dövlətimiz və prezidentimiz İlham Əliyevin ətrafında bir gec olmağa səsləyirəm. Ümidvaram ki, dünya azərbaycanlıları səsimə səs verəcək, Fuad Muradovun yarıtmaz siyasəti önündə qalxan olmaq, Azərbaycanımızın haqqını dünyada savunmaq üçün birkləşəcəkdir.

İlkin olaraq təşəbbüs qrupu altında birləşmək və qrupla gələcək addımlarımızı atmağı təklif edirəm. Təklifim ictimai müzakirəyə açıqdır, hər kəs fikrini, təhqirə yol vermədən sağlam müzakirə formasında bildirməlidir.

Rəşad Quliyev-Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri
Xəbəri paylaş