"Qarabağ məsələsi Rusiyanın, Türkiyəyə qarşı istifadə etmək üçün əlində saxladığı üstün bir kartdır. Rusiya prezidenti Putin hər zaman Qarabağ kartından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü zaman, nəyinsə müqabilində istifadə edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Putin-Ərdoğan görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, görüş zamanı beynəlxalq müstəvidə zəruri və vacib məsələlər ələ alınıb, onların həlli istiqamətləri və bu yöndə görüləsi vacib işlərə toxunulub:
"Beynəlxalq taxıl sazişi ətrafında baş verən krizisin həlli yolları xüsusi olaraq diqqət mərkəzindədir. Görüşdən müsbət təsir edəcək səviyyədə qərarların qəbul edilməsi gözlənilir. Bura həmçinin Azərbaycan və Ermənistan arasında münasibətləri də daxil etmək olar. Qarabağda son vaxtlar baş verən hadisələr və ətrafında aparılması lazım olan müzakirələrin də yer alması, mütləq ki, bizi maraqlandıran suallara cavab ola bilər".
Çingiz Şahbazi onu da qeyd edib ki, hər zaman olduğu kimi separatçı erməni millətçiləri hələ də alət olduqlarını anlamaq iqtidarında deyillər və tarixdə olduğu kimi indi də kölə, maşa olaraq istifadə olunduqlarının fərqinə varmadan alətə çevriliblər:
"Bu gün isə hamıdan daha çox onların gözü Soçi şəhərinə zillənib, düşüncəsindəyəm".
Anar Əliyev