Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.
Bu barədə Newscenter.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.
Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.
Anar TAGIYEV