Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski komandasını qura bilmir

Zelenski komandasını qura bilmir


"Zelenski bu müharibədə tatarları da bitirəcək. Belə olarsa Krımın yerli əhalisi olan tatarların sayı azalar, Krımla birdəfəlik vidalaşmaq üçün zəmin yaratmış olar. Təbii ki, tatar gəncləri müharibədə öldükdən sonra Krım kimə lazım olacaq?".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının (DAA) sədri Rəşad Quliyev Ukrayna prezidentinin milliyətcə Krım tatarı olan şəxsi müdafiə naziri təyin etməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, müharibə başlayan ilk gündən Zelenski komandasını bir formada qura bilmir:

"Zelenski Krım tatarını müdafiə naziri təyin etməklə, özünə görə ağıllı gediş elədi. Burada mənim şəxsi versiyam belədir. Bu qərarı verməklə Ukrayna prezidenti böyük ehtimal müharibəyə maksimum yerli tatarların dəstəyini və döyüşlərdə daha fəal iştirakını, eyni zamanda Türkiyənin dəstəyini qazanmaq istəyir".

DAA rəhbəri deyib ki, müharibəni uduzacağı təqdirdə günahı Krım tatarlarına kəsəcək. Müharibənin ilk günlərindən Zelenskinin komandasında olanların əksəriyyəti onu tərk etdi".

Mehman Mehdiyev
Xəbəri paylaş