Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib


3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəymədiyi məlum olub.

Yük qatarlarının hərəkəti tam bərpa edilib. Sərnişin qatarları da hazırda qrafik üzrə hərəkət edir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş