Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

7 saylı Bakı “ASAN Xidmət” mərkəzində Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə xidmətlər göstəriləcək

7 saylı Bakı “ASAN Xidmət” mərkəzində Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə xidmətlər göstəriləcək


“Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq, 2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.

Newscenter.az-a daxil olan xəbərə görə, Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri Nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş