Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət işində müxtəlif vəzifələrdə çalışanlar vaxtaşırı narkoloji testdən keçirilməlidir

Dövlət işində müxtəlif vəzifələrdə çalışanlar vaxtaşırı narkoloji testdən keçirilməlidir


"Dövlət işində müxtəlif vəzifələrdə çalışanlar, işlədiyi müddət ərzində vaxtaşırı olaraq mütləq şəkildə narkoloji test müayinədən keçirilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, obyektiv nəticələr əldə etmək üçün testdən öncə, gərəkdir heç bir xəbərdarlıq edilməsin:

"Çünki əvvəlcədən məlumat verildikdə həmin şəxs testin pozitiv cavabından yayınmaq üçün bir neçə gün narkotik qəbul etməyə bilər. Bu zaman testin nəticəsi neqativ olacaq. Çünki burada söhbət "ekspres" testdən, yəni, sidiyin yoxlanmasından gedir. Narkotik maddənin növünə görə sidikdə narkotikilərin izi 2 günlə - 2 ay arasında qala bilər. Ağız suyundan da test götürmək mümkündür. Lakin sidikdə nəticə daha qalıcıdır. Şəffaflıq üçün sidikdən götürülən test həmin şəxsin yanındaca icra olunmalıdır. Yəni, şəxsin iştirakı olmadan testin icra olunması gələcəkdə mübahisələndirilə bilər".

Anar Əliyev
Xəbəri paylaş