Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heyvanın vurduğu zərərin qarşılığı necə ödnilir?

Heyvanın vurduğu zərərin qarşılığı necə ödnilir?


Bir sıra hallarda sahibi ilə park və meydanlarda gəzdirilən itlərin ətrafdakılara zərər vurduğu, ya insanları, ya da sahibi tərəfindən gəzdirilən digər bir itə ziyan yetirdiyi barədə məlumatlara rast gəlirik. Bəzən məlumatsızlıq səbəbindən belə situasiyalarda hansı addımın atılmalı olduğunu vətəndaş bilmir. Görəsən heyvanın vurduğu zərərin ödənilməsi necə həyata keçirilir?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Onun sözlərinə görə, bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur:

"Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir".

İnqilab Süleymanov
Xəbəri paylaş