Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Israil - Azərbaycan əməkdaşlığının zəifləməsi üçün ABŞ - dakı erməni diaspora təşkilatları fəaliyyətə keçib

Israil - Azərbaycan əməkdaşlığının zəifləməsi üçün ABŞ - dakı erməni diaspora təşkilatları fəaliyyətə keçib


Son üç ayda həm İsraildəki, həm də ABŞ - dakı müxtəlif fəallar həm Yaxın Şərq, həm də okeanın o tayındakı informasiya resurslarında İsraili Azərbaycana dəstəyi dayandırmağa çağırırlar. Əsas tezis : Holokostdan sağ çıxan yəhudilər indi guya Qarabağda ermənilərin qondarma soyqırımında şərik olurlar.

Avqustun birinci ongünlüyündə isə, İsraildəki bir qrup yəhudi ziyalıları və alimləri prezident İshak Herzoqa müraciət edərək Qarabağ bölgəsində cərəyan edən qondarma humanitar böhranın həllinə köməklik göstərməyi xahiş ediblər. Müraciətdə qeyd edilirdi: "İsrail dövlətinin regiondakı vəziyyətə cavabdeh olan Azərbaycanla sıx əlaqələri, demək, bu böhranın sona çatmasına kömək etmək imkanı var. İsrail müdaxilə etmək və dayanmamaq kimi mənəvi öhdəliyə malikdir”. Bu müraciəti imzalayan erməni diasporasından maliyə alan qondarma ziyalılar, yəhudi psixologiyasına təsir etmək üçün Holokosta məruz qalan xalqın "soyqırım" görmüş xalqı "əzabı"na biganə yanaşmamağa çağırır.
Beləcə, eyni tezislər hiss olunur. "Soyqırıma məruz qalmış yəhudi soyqırıma məruz qalmış ermənini müdafiə etməlidir".

Görünən odur kı, düşmən yatmır və bütün imkanlarından istifadə edərək İsrailin Azərbaycana dəstək verməməsi üçün əlindən gələni edir. Lakin, İrəvan və erməni diaspora təşkilatlarının öz məqsədlərinə çatmayacağı dəqiqdir. Azərbaycan - İsrail müttəfiqliyi situativ deyil, dərin fəlsəfəyə və milli identikliyə bağlanır . Azərbaycanda yəhudi məskənləri var, tarixən burada yəhudilərlə azərbaycanlılar mehriban şəraitdə yaşamış və Qafqazdakı bu yerli icmanın varlığının davam etdirilməsi hər iki ölkəyə lazımdır. Digər tərəfdən, beynəlxalq münasibətlər sistemində geosiyasi amillər olduqca önəmlidir və tərəfləri bir - birinə bağlayan həm də təhlükəsizlik, inkişaf və bu kimi mövzularda üst - üstə düşən reallıqlardır.

ABŞ - dakı yəhudi diasporası ilə də Azərbaycanın arasını soyutmaq erməni diasporası üçün əsas hədəflərdən biri olsa da, bu istiqamətdə də onlar heçnəyə nail olmayacaqlar. Amerika Yəhudi Təşkilatının, “Bnai Brith International” Təşkilatının, Ümumdünya Yəhudi Konqresinin, Avrasiya yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatlarının Prezidentləri mütamadi olaraq Azərbaycan hakimiyyəti ilə Nyu Yorkda, Bakıda görüşlər keçirir və tərəfləri müəyyən strateji hədəflər bağlayır.

Ümumdünya Yəhudi Konqresinin (WJC) prezidenti, Avrasiya Yəhudi Konqresinin və Rusiya Konqresinin (RJC) nümayəndə heyəti ilə də Bakıda müxtəlif zamanlarda görüşlər keçirilib.

İsrail - Azərbaycan arasında hərbi - texniki əməkdaşlıq və təhlükəsizlik istiqamətində naliyyətlərə mane olmaq üçün bir qrup ekspertlər tərəfindən bölgə üçün alternativ güc balansı Paris - Tehran - İrəvan birliyi təklif olunur. Misal üçün, bu yaxınlarda Hamodia portalı bu prosesin artıq başlanmasını qeyd edir və bildirir ki, Qafqazda Azərbaycan və İsrailə qarşı birləşən Fransa, İran, Ermənistan arasında ünsiyyət sıxlaşıb.

Lakin, o da məlumdur kı, Azərbaycanın İsrail ilə müttəfiqliyi rəsmi Bakının İrana yönəlik məqsədləri ilə bağlı deyil. Azərbaycan - İsrail, Azərbaycan - Türkiyə hərbi - siyasi əməkdaşlığı bölgədə separatizm və işğalçılığın dəf edilməsinə yönəlib. .

Son aylarda erməni diasporasının yəhudi - Azərbaycan əməkdaşlığına qarşı ciddi sistemli iş aparmaqlarına baxmayaraq onlar öz məqsədlərinə çatmayacaqlar. Bir neçə həftədir ki, İsraildən Bakıya istiqamətlənən hərbi yük dolu təyyarələrin sayının artan xətt üzrə Xəzərin sahilinə eniş etmələri bunun bariz sübutudur. Yaxşısı olar kı, ümumdünya erməni diasporası, erməni kilsəsi, Ermənistan dövləti hünərlərini döyüş meydanında göstərsinlər , yox əgər bunu bacarmırlarsa sülh müqaviləsini bağlayaraq bölgədə sabitliyin bərqərar olmasında iştirak etsinlər.

Zaur Məmmədov-politoloq
Xəbəri paylaş