Türkiyənin Mərkəzi Bankının faiz artımı ilə bağlı qərarı ölkənin mənzil və avtomobil bazarında ciddi dəyişikliklər yaradıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, dəyişiklik bu sektorlarda qiymətlərin aşağı düşməsi ilə müşahidə edilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən qqtisadçı Batuhan Tufaner, mənzil və avtomobil bazarında bahalaşmanın qarşısını almaq üçün müxtəlif tədbirlərin görüldüyünü və Mərkəz Bankasının qərarının da bunlardan biri olduğunu söyləyib.
Batuhan Tufaner, “İnflyasiya ilə yanaşı, valyutaya əsaslanan xərclərin artması və əhali artımı da mənzil və avtomobil bazarlarında qiymət artımına təkan verən amillərdəndir"- deyərək, yaxın vaxtlarda hər iki sahədə qiymətlərin aşağı enəcəyini istisna etməyib. O, eyni zamanda bunun müəyyən müddət üçün keçərli olacağını da söyləyib.
Natiq Orucov