Rusiya Çin və Şimali Koreya ilə birlikdə hərbi təlimlər keçirməyi nəzərdə tutub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Cənubi Koreyanın hakim Xalq Gücü Partiyasının (PPP) deputatı Yoo Sanq-Bum belə bir iddia ilə çıxış edib.
Yoo iddia edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri zamanı bu ölkənin lideri Kim Yonqla ikitərəfli görüşü zamanı Çin və Şimali Koreya ilə üçtərəfli dəniz təlimi keçirmək planı gündəmə gəlib.
Qeyd edək ki, Sergey Şoyqu iyulun 25-27-də Şimali Koreyaya səfər edib.
Mehman Mehdiyev