Rusiya Ukraynanın taxıl anbarına hücum təşkil edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ Dövlət Departamenti belə bir iddia ilə çıxış edib.
Dövlət Departamenti sosial media hesabından yaydığı videomüraciətdə bildirir ki, Moskva Ukraynanın Rubijne şəhərindəki taxıl anbarına hücum təşkil edib.
Müraciətdə Rusiyanın Ukrayna taxıl anbarlarına hücumlarının ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələr verdiyi bildirilib və burada bir çox ailənin taxılla qidalana biləcəyinə diqqət çəkilib.
Dövlət Departamenti Rusiyaya hücumlara son qoymağa və Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa çağırıb.
Mehman Mehdiyev