"Uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası yüksək səviyyədə həyata keçirilir. Bu isə ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində mümkün olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, burada Tərtər Rayon İcra Hakimiyyətinin də rolu danılmazdır:
"Keçən dövr ərzində Tərtər şəhərinin Hedər Əliyev prospektində və Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda abadlıq işləri aparılıb".
Anar Əliyev