ABŞ Dövlət Departamenti NATO müttəfiqi Türkiyəyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana və NATO müttəfiqi Türkiyəyə Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınmasında göstərdikləri səylərə görə təşəkkür edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi mətbuat konfransında belə deyib.
Patel bildirib ki, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq qərarı bütün dünyada ərzaq təhlükəsizliyi ilə mübarizə aparan cəmiyyətlərə zərər verib.
Prezident Ərdoğanın Rusiyanın Soçi şəhərinə səfəri zamanı Rusiyanı razılığa qaytarmaq üçün səy göstərdiyini qeyd edən Patel, “Prezident Ərdoğana və NATO müttəfiqimiz Türkiyəyə Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınmasında oynadıqları mühüm rola görə təşəkkür edirik”- deyə, bildirib.
Mehman Mehdiyev