Aqrar Xidmətlər Agentliyinin (AXA) tabeliyində olan rayon (şəhər) baytarlıq idarələrinin 2021-ci ilin son aylarından AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə birləşdirilməsinə baxmayaraq 66 regional baytarlıq və Dəmiryol Baytarlıq idarələrinin 2021-ci ilin əvvəlinə balansında qalmış 17,7 mln. manat dəyərində aktivlərin, eləcə də dəyəri 1,9 mln. manata bərabər olan müvafiq əmlakların auditin keçirildiyi müddətin sonunadək aidiyyəti üzrə təhvil verilməsi təmin edilməyib.
Newscenter.az xəbər verir ki, bu faktlar Hesablama Palatasının sözügedən Agentlikdə apardığı auditin nəticəsinə dair yaydığı məlumatda əksini9 tapıb.
Qeyd edilib ki, “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihəsinin revolver fondunda sərbəst qalan vəsaitin sonradan dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin etiraz etmədiyinə dair müvafiq dərkənarına əsasən açılmış maliyyələşmə hesabına xərclənmiş 2,7 mln. manat məbləğində vəsaitin müvafiq (dövlət) büdcə hesabatlılığında əks etdirilməsi, eyni zamanda qaytarılması, eləcə də qaytarılmaq şərtilə maliyyələşdirilmiş həmin vəsaitin maliyyə (mühasibat) hesabatlarında göstərilməsi təmin edilməyib.
Anar TAGİYEV