Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilib

Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilib


Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.

Newscenter.az-ın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi, fəxri notarius Riçard Bok Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov ilə görüşdə bildirib.

Ali Məhkəmənin sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

R.Bok isə öz növbəsində Beynəlxalq Notariat İttifaqının fəaliyyəti barədə məlumat verib, Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Mehman Mehdiyev
Xəbəri paylaş