"Azərbaycan ərazi bütövlüyünü təmin etmək məqsədilə, separatçı rejimin fəaliyyətinə mütləq şəkildə son qoymalıdır və onların qurduğu hərbi dəstələri qovub ölkəmizin ərazilərindən çıxarmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bunun üçün ordumuzun ən peşəkar hərbi kontingenti Xankəndiyə girməli və orda baş verən qeyri-sabitliyə son qoymalıdır:
"Artıq görünən odur ki, Xankəndi başda olmaqla ermənilərin məskunlaşdığı ərazilərimizdə əmin-amanlığın və qanunların bərpa edilməsi istiqamətində bütün atılan addımlar sülh və danışıqlar yolu ilə mümkün deyil və bu səbəbdən daha uzun illər belə vəziyyət davam etməməlidir. Azərbaycan ordusu Xankəndidə antiterror əməliyyatları həyata kecirməlidir və bunun üçün başqa yolun olmadığı aydın şəkildə görünür".
Anar Əliyev