Bolqarıstanın cənub-şərqində müşahidə edilən leysan yağışların səbəb olduğu sel nəticəsində 2 nəfər həyatını itirib.
Newscenter.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən bildirir ki, bundan başqa 3 nəfər itkin düşüb ki, onların da axtarışları davam edir.
Baş nazir Nikolay Denkov təbii fəlakət bölgəsindəki vətəndaşların təxliyə edildiyini bildirib. Baş nazir Denkov, son 24 saatda yağıntı miqdarının aylıq ortalamadan 3-4 qat artıq olduğunu deyib.
Təbii fəlakət bölgəsində daşqından zərər çəkən 100-dən çox insan təxliyə edilib. Arapya kurort şəhərində bəzi yerlərində sel sularının 2 metrə çatdığı və çoxlu sayda avtomobilin sud batdığı bildirilib.
Mehman Mehdiyev