Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabad məktəbində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad məktəbində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb


Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Newscenter.az-a rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru vəzifəsində işləmiş Camal Bəşirovun 2017-2022-ci illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 33 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş