Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər yenə 2016 və 2020-ci ildəki səhvlərini təkrarlayırlar

Ermənilər yenə 2016 və 2020-ci ildəki səhvlərini təkrarlayırlar


Ermənistan açıq-aşkar müharibə anonsu verir. Bu ölkənin KİV-lərində aparılan müharibə təbliğatı, güclü Ermənistan ordusunun mövcudluğu barədə səsləndirilən iddialar yeni bir müharibənin uzaqda olmadığından xəbər verir.

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini bölüşən politoloq Zaur İbrahimli deyib ki, ermənilər yenə 2016 və 2020-ci ildəki səhvlərini təkrarlayırlar:

"Bu səhvin kökündə Azərbaycanın tarixi inkişafda erməni işğalı ilə barışmadığı, barışmayacağı, Azərbaycan üçün milli suverenliyin əsas milli məqsəd olduğu gerçəyinin qəbul edilməməsidir. Azərbaycan tarixən öz təbii potensialı ilə Cənubi Qafqazın aparıcı ölkəsi olub, Türk və İslam dünyasında xüsusi mövqeyi ilə seçilib. Ermənilər artıq dəfələrlə şahidi olublar ki, bütün xarici təzyiqlərə baxmayaraq ilk imkan düşən kimi Azərbaycan öz mövqeyini qaytarmaq, güclənmək imkanındadır. İndi yenə reallığı düzgün dəyərləndirmirlər, buna görə də yenə itkilərə məruz qalacaqlar".

Zaur İbrahimli qeyd edib ki, millətlərin xarakteri böhranlarda aydın şəkildə üzə çıxır, ermənilər bir daha çaqqal mahiyyətli olduqlarını göstərirlər.

Anar Əliyev
Xəbəri paylaş